Qelebə.az / Dünya çempionatında 5 medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar

Dünya çempionatında 5 medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar

8-08-2023, 02:40

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar.

"QELEBE.AZ"un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri dünya çempionatını 5 medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly" üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Geri qayıt