Qelebə.az / “Neftçi”də məşqçilər korpusuna daha bir təyinat reallaşıb

“Neftçi”də məşqçilər korpusuna daha bir təyinat reallaşıb

14-08-2023, 13:53

“Neftçi”də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat reallaşıb.

“QELEBE.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sənan Qurbanov “ağ-qaralar”da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

43 yaşlı mütəxəssis yeni komandası ilə 2 llik müqavilə bağlayıb.

Sənan Qurbanov 2018/2019 mövsümündə “Qəbələ”yə, 2020/2021 mövsümündə isə “Keşlə”yə (indiki “Şamaxı”) baş məşqçi kimi Azərbaycan Kubokunu qazandırıb.

Qeyd edək ki, “Neftçi”də Adrian Mutunun digər köməkçiləri Alin-Nikolaye Çita (köməkçi məşqçi), Aurelian-Boqdan Patraşku (analitik məşqçi), Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və Mihai-Qavril Nedebandır (qapıçılar üzrə məşqçi).

Geri qayıt