Qelebə.az / AFFA-nın baş katibi: "Bəzi stadionların ot örtükləri bərbad vəziyyətdədir"

AFFA-nın baş katibi: "Bəzi stadionların ot örtükləri bərbad vəziyyətdədir"

16-08-2023, 12:04

"Bəzi stadionların ot örtükləri bərbad vəziyyətdədir, ürəkaçan deyil".

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, toplantıda bu məsələ ilə yanaşı, arenalarda infrastruktur işlərinin aparılması ilə bağlı qərarın qəbul olunduğunu bildirib: "Stadionlarda oturacaqlarla bağlı da ciddi problemlər var. Arenalarda hansı işlərin görüləcəyini detallı şəkildə rəsmi saytımız vasitəsi ilə açıqlayacağıq".

Geri qayıt