Qelebə.az / UEFA Konfrans Liqası: "Sabah"ın pley-offdakı potensial rəqibi dəqiqləşib

UEFA Konfrans Liqası: "Sabah"ın pley-offdakı potensial rəqibi dəqiqləşib

17-08-2023, 22:53

"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçisi olduğu komanda III raundda Serbiya "Partizan"ını mübarizədən kənarlaşdıra bilsə, Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Skandinaviya klubu cavab görüşündə Rumıniya "Styaua"sını 2 cavabsız qolla üstələyib. İlk matç qolsuz bərəbərliklə başa çatmışdı.

Qeyd edək ki, "Partizan" - "Sabah" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıdakı oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Geri qayıt