Qelebə.az / Rusiyalı qapıçı “Qarabağ”da oynayacaq

Rusiyalı qapıçı “Qarabağ”da oynayacaq

19-08-2023, 21:08

“Qarabağ” rusiyalı qapıçı transfer edib.

Apasport.az-ın məlumatına görə, Azərbaycan çempionu Andrey Lunyovla müqavilə imzalayıb.

32 yaşlı qapıçı Ağdam klubuna sərbəst agent kimi qoşulub. “Qarabağ” Lunyovun müqaviləsinin detalları barədə rəsmi məlumat verməyib. Rusiyalı qolkiperlə 1+1 illik müqavilə bağlandığı bildirilir.

Qeyd edək ki, may ayında Leverkuzen “Bayer”indən ayrılan Lunyov “Torpedo”, “İskra”, “Saturn”, “Ufa” və “Zenit” kimi klublarda da çıxış edib.

Geri qayıt