Qelebə.az / Çimərlik voleybolu üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

Çimərlik voleybolu üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

22-08-2023, 12:18

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatına qatılmaq üçün İspaniyaya yollanıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “QELEBE.AZ”a verilən məlumata görə, komanda avqustun 23-də İspaniyanın paytaxtı Madriddə start götürəcək turnirdə iştirak edəcək.

Təsnifat mərhələsindən mübarizəyə başlayacaq yığmaya İqor Olefirin rəhbərlik edəcək. Komandanın meneceri isə Valeriya Romanoviç olacaq.

Qeyd edək ki, Avropa çempionatına avqustun 27-də yekun vurulacaq.

Geri qayıt