“Kəpəz” daha bir əcnəbi futbolçu transfer edib.
Klubdan “QELEBE.AZ”a verilən məlumata görə, gəncəlilər yarımmüdafiəçi Latir Falla heyəti gücləndiriblər.
Seneqallı orta sahə oyunçusu Premyer Liqa təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Latir Falın son klubu Portuqaliya “Eştrela”sı olub.