Qelebə.az / Dünya çempionatı: Azərbaycan yığması Bakıda gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan yığması Bakıda gümüş medal qazanıb

23-08-2023, 11:50

Qadınlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, komanda 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında ikinci yeri tutub.

Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlük” yalnız Çin yığmasından geri qalıb.

Hindistan millisi isə bürünc mükafata yiyələnib.

Geri qayıt