Qelebə.az / İngiltərə Premyer Liqası: “Tottenhem” “Bornmut” üzərində qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Tottenhem” “Bornmut” üzərində qələbə qazanıb

26-08-2023, 19:03

İngiltərə Premyer Liqasının III turunda “Bornmut”un qonağı olan “Tottenhem” iki qolla qalib gəlib (2:1).

"Report" xəbər verir ki, London təmsilçisinin qollarını 17-ci dəqiqədə Ceyms Meddison, 63-cü dəqiqədə Deyan Kuluşevski vurublar.

Qələbə “Tottenhem”i zirvəyə yüksəldib.

Lakin yeddi xalı olan komanda altı xala malik “Brayton”, “Arsenal” və “Mançester Siti”dən bir oyun artıq keçirib.

Geri qayıt