Qelebə.az / FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb

FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb

31-08-2023, 12:27

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

“Report” xəbər verir ki, beynəlxalq qurumların rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də, 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib.

Geri qayıt