Qelebə.az / Pep Qvardiola 2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi seçilib

Pep Qvardiola 2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi seçilib

31-08-2023, 21:05

2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, bu ada İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən Pep Qvardiola layiq görülüb.

İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.

O, səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzaqi və ötən mövsüm “Napoli”nin “sükanı arxası”nda olan Luçano Spallettini qabaqlayıb.

Geri qayıt