Qelebə.az / Avropa paralimpiya çempionu: "Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik"

Avropa paralimpiya çempionu: "Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik"

1-09-2023, 04:00

"Qarşıda bizi Meksikada daha bir Qran-pri və dünya çempionatı gözləyir. Bu yarışlarda da yüksək nəticə əldə etmək əzmindəyik".

Bunu "QELEBE.AZ"a avqust ayında baş tutan beynəlxalq yarışlarda 1 qızıl, 2 bürünc medal qazanaraq Vətənə dönən parataekvondoçumuz Əbülfəz Abuzərli deyib.

O, bu yarışlarda idmançılarımıza dəstək olan Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamız 1 qızıl, 1 bürünc medala sahib çıxıb. Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə isə 3 bürünc medalla kifayətlənib.

Geri qayıt