Qelebə.az / Azərbaycan klubu Türkmənistan təmsilçisi ilə yoxlama oyunu keçirəcək

Azərbaycan klubu Türkmənistan təmsilçisi ilə yoxlama oyunu keçirəcək

6-09-2023, 16:30

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şamaxı" yoxlama oyununda Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, rəqib “Nebitçi” olacaq.

Sentyabrın 8-də Qəbələdə reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Geri qayıt