Qelebə.az / AFFA Vaqif Cavadovu cəzalandırıb

AFFA Vaqif Cavadovu cəzalandırıb

7-09-2023, 12:29

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

Geri qayıt