Qelebə.az / Serbiyalı tennisçi Novak Cokoviç tarixə düşüb

Serbiyalı tennisçi Novak Cokoviç tarixə düşüb

11-09-2023, 08:45

Serbiyalı tennisçi Novak Cokoviç tarixə düşüb.

"QELEBE.AZ" xəbər verir ki, 36 yaşlı idmançı buna ABŞ Açıq çempionatının (USA Open) finalında rusiyalı Daniil Medvedevi məğlub etməklə (3:0) nail olub.

Serbiyalı raketka ustası turnirdə qalib olan ən yaşlı tennisçi adına sahib çıxıb.

O, avstraliyalı Ken Rozuollun 1970-ci ildən (35 yaş) təyin etdiyi rekordunu yeniləyib.

Bundan əlavə, Cokoviç 24-cü dəfə Böyük Dəbilqə turnirində qələbə qazanmaqla digər avstraliyalı Marqaret Kortun rekordunu isə təkrarlayıb.

Geri qayıt