Qelebə.az / Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib

Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib

12-09-2023, 10:03

DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.

Geri qayıt