Qelebə.az / Azərbaycan millisi İordaniya ilə oyunda hesabı açıb - YENİLƏNİB - 2

Azərbaycan millisi İordaniya ilə oyunda hesabı açıb - YENİLƏNİB - 2

12-09-2023, 20:47

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.

“Report” xəbər verir ki, Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45-ci dəqiqədə penaltidən fərqlənib.

Tərəflər fasiləyə bu hesabla yollanıblar.

20:00

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.

“Report” xəbər verir ki, “Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın əvvəlində Mərakeşdə zəlzələ nəticəsində dünyasını dəyişənlər bir dəqiqəlik sükutla yad olunub.

Görüşü türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

19:09

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, Ehsan Haddad, Nizar Əl Raşdan, Rajaei Ayed, Anas Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Geri qayıt