Qelebə.az / Azərbaycan millisi Rumıniya ilə oyunun hazırlığını Bizauda davam etdirir

Azərbaycan millisi Rumıniya ilə oyunun hazırlığını Bizauda davam etdirir

13-09-2023, 22:15

Futzal üzrə dünya çempionatının elit mərhələsi çərçivəsində Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.

"QELEBE.AZ" xəbər verir ki, bu gün “Romeo Lamandi Arena"da 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyiblər.

Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda milliyə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya-Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Geri qayıt