Qelebə.az / Azərbaycan millisinin futzalçısı heyətdən kənarlaşdırılıb

Azərbaycan millisinin futzalçısı heyətdən kənarlaşdırılıb

18-09-2023, 10:04

DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, İsa Atayev heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Niderland görüşü saat 18:30-da başlayacaq. Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.

Geri qayıt