Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında üç bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.
"Report"un məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı ram edərək hər iki hərəkətdə bürünc medal əldə edib. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.