Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib.
Yığma 1147 xalla 121-ci sırada qalıb.
Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.
Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.