Qelebə.az / “Neftçi”nin üç üzvü 2023-cü ilin ən dəyərli basketbolçusu adına namizəddir

“Neftçi”nin üç üzvü 2023-cü ilin ən dəyərli basketbolçusu adına namizəddir

23-09-2023, 10:47

“Neftçi”nin 3x3 basketbolu komandasının 3 üzvü Dünya Qadın Seriyasının 2023-cü il mövsümünün ən dəyərli oyunçusu (MVP) adına namizədlər sırasına düşüb.

“QELEBE.AZ”un “discoverhumboldt.com” saytına istinadən məlumatına görə, bunlar Bryana Freyzer, Arika Karter və Aleksandra Mollenhauerdir.

Ümumilikdə 9 basketbolçu seçilib ki, onlardan ikisi Kanada, ikisi Çin, biri Almaniya, biri isə ABŞ yığmasının üzvləridir.

Qalib azarkeşlər və basketbolçuların verəcəyi onlayn səs nəticəsində müəyyənləşəcək. Səsvermə oktyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, 2023-cü ilin ən dəyərli basketbolçusu oktyabrın 24-də açıqlanacaq.

Geri qayıt