Qelebə.az / Azərbaycanın U-17 millisi ilk oyunda məğlub olub

Azərbaycanın U-17 millisi ilk oyunda məğlub olub

2-10-2023, 20:28

Azərbaycanın qızlardan ibarət U-17 millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi ilk oyunda məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, komanda B3 qrupunun Xorvatiyada təşkil olunan görüşündə Lüksemburqla bacarmayıb - 0:1.

Qrupun digər matçında Xorvatiya Maltanı 8:0 hesabı ilə üstələyib. Yığmamız oktyabrın 5-də Xorvatiya, 8-də isə Malta ilə qarşılaşacaq.

Geri qayıt