Qelebə.az / “Sabah” FİBA Avropa Kubokunda bu gün ikinci oyununu keçirəcək

“Sabah” FİBA Avropa Kubokunda bu gün ikinci oyununu keçirəcək

3-10-2023, 09:44

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda bu gün növbəti oyununu keçirəcək.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli komandaya qarşı verəcək.

Ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində “Rabotniçki” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək.

Geri qayıt