Qelebə.az / İngiltərə millisinin müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

İngiltərə millisinin müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

3-10-2023, 17:26

İngiltərə millisinin və "Çelsi" klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

"QELEBE.AZ" "Daily Express"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda "Brayton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.

İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.

Qeyd edək ki, Ben Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt