Qelebə.az / Ukraynanın Gənclər və İdman Nazirliyi UEFA-ya üzv olan ölkələrə müraciət edib

Ukraynanın Gənclər və İdman Nazirliyi UEFA-ya üzv olan ölkələrə müraciət edib

5-10-2023, 14:58

Ukraynanın Gənclər və İdman Nazirliyi UEFA-ya üzv olan ölkələrə müraciət edib.

"QELEBE.AZ" qurumun teleqram kanalına istinadən xəbər verir ki, milli assosiasiyalardan Rusiya yığmaları ilə istənilən oyunu boykot etmələri istənilib.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi sentyabrın 26-da 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmalarının beynəlxalq turnirlərdə neytral statusda çıxış etməsinə icazə verib. Daha əvvəl İngiltərə, Polşa, Latviya, Litva, İsveç, Danimarka, Finlandiya, İrlandiya, Norveç və Rumıniya futbol assosiasiyaları bu qərarı boykot ediblər. Daha bir neçə ölkə - İsveçrə, Çexiya, Niderland və Estoniya Avropa futbol qurumundan əlavə izahat gözlədiklərini bildiriblər.

Geri qayıt