Qelebə.az / Azərbaycan millisi Xorvatiyaya böyük hesabla uduzub

Azərbaycan millisi Xorvatiyaya böyük hesabla uduzub

5-10-2023, 15:53

Azərbaycanın qızlardan ibarət U-17 millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.

"Report" xəbər verir ki, yığma B3 qrupunda meydan sahibləri Xorvatiyaya 0:8 hesabı ilə yenilib.

Qeyd edək ki, komanda daha əvvəl Lüksemburqa uduzmuşdu - 0:1. Milli oktyabrın 8-də Malta ilə üz-üzə gələcək.

Geri qayıt