Qelebə.az / Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub

Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub

6-10-2023, 15:43

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub.

Bu barədə “Report”a AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin təşkilatlar Şito Ryu Karate do, AYAZ Karate do klubu və Fudokanın Azərbaycan nümayəndəliyidir.

Adları sadalanan klublarla Ənənəvi Karate-Do Federasiyası arasında AKF-nin baş ofisində qarşılıqlı müqavilə imzalanıb.

Geri qayıt