Qelebə.az / AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

3-10-2022, 13:47

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

"QELEBE.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və "Monako" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda UEFA Matç direkroru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt