Qelebə.az / "Sevilya" Avropa Liqasının qalibi olan baş məşqçi ilə yollarını ayırmaq istəyir

"Sevilya" Avropa Liqasının qalibi olan baş məşqçi ilə yollarını ayırmaq istəyir

8-10-2023, 13:26

İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırmaq istəyir.

"QELEBE.AZ" AS nəşrinə istinadən xəbər verir ki, Əndəlüs təmsilçisi yeni mütəxəssis axtarışındadır.

Rəhbərlik 62 yaşlı baş məşqçinin əldə etdiyi nəticələrdən razı deyil.

Qeyd edək ki, "Sevilya" La Liqada səkkiz turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb. Mendilibar ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Geri qayıt