Qelebə.az / Mahir Emreli məhsuldar ötürmə verib, "Dinamo" qələbə qazanıb

Mahir Emreli məhsuldar ötürmə verib, "Dinamo" qələbə qazanıb

8-10-2023, 21:10

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi XI turda "İstra"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Dinamo" üçüncü pillədə qərarlaşıb.

Geri qayıt