Qelebə.az / "Neftçi"nin baş məşqçisi: "Güclü rəqibə qarşı oynayırdıq"

"Neftçi"nin baş məşqçisi: "Güclü rəqibə qarşı oynayırdıq"

8-10-2023, 22:02

"Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis futbolçularının meydanda əllərindən gələni etdiyini bildirib: "Qarabağ"ın çempionatdakı digər rəqiblərlə səviyyə fərqi var. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri və keyfiyyətli oyunçuları var".

Geri qayıt