Qelebə.az / Azərbaycan millisinin futbolçusu Superliqada həftənin rəmzi komandasına düşüb

Azərbaycan millisinin futbolçusu Superliqada həftənin rəmzi komandasına düşüb

9-10-2023, 13:52

"Hatayspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun rəmzi komandasına düşüb.

"QELEBE.AZ" xəbər verir ki, 24 yaşlı hücumçu "SofaScore" nəşrinin versiyasına əsasən "11-liy"ə daxil edilib.

"SofaScore"yə görə həftənin rəmzi komandası

Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")

Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")

Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbağça")

Qeyd edək ki, Renat Dadaşov "Konyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

Geri qayıt