Qelebə.az / Azərbaycan gimnastları Bolqarıstana yollanıblar

Azərbaycan gimnastları Bolqarıstana yollanıblar

10-10-2023, 15:17

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.

Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Geri qayıt