Qelebə.az / İtaliyalı hakim köməkçisi ilə görüşmədiyi üçün diskvalifikasiya olunub

İtaliyalı hakim köməkçisi ilə görüşmədiyi üçün diskvalifikasiya olunub

11-10-2023, 10:05

İtaliyalı hakim Xuan Luka Sakki köməkçisi Françeska Di Monte ilə görüşmədiyi üçün diskvalifikasiya edilib.

"QELEBE.AZ" xəbər verir ki, hadisə A seriyasının VIII turunda keçirilən "Leççe" - "Sassuolo" görüşündə baş verib.

Qarşılaşmanın startından əvvəl referi xanım köməkçisinin uzatdığı ələ reaksiya verməyərək, "Leççe"nin kapitanı Qabriel Strefetsa ilə görüşüb. Di Monte də gülümsəyərək başını yelləyib. Davranışına görə danlanan Sakki A seriyasında 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Geri qayıt