Qelebə.az / AVRO-2024: Belçika - İsveç oyunu Brüsseldə atışma səbəbindən təxirə salınıb

AVRO-2024: Belçika - İsveç oyunu Brüsseldə atışma səbəbindən təxirə salınıb

17-10-2023, 00:31

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika - İsveç oyunu təxirə salınıb.

"QELEBE.AZ"un məlumatına görə, buna Brüssel şəhərinin mərkəzində atışma nəticəsində iki nəfərin ölməsi səbəb olub.

Heysel stadionunun yaxınlığında İsveçin iki vətəndaşı qətlə yetirilib.

Qeyd edək ki, görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.

Geri qayıt