Qelebə.az / İngiltərə Kubokunun formatı dəyişdirilir

İngiltərə Kubokunun formatı dəyişdirilir

20-10-2023, 12:44

İngiltərə Futbol Assosiasiyası təqvim islahatı çərçivəsində ölkə kubokunun (FA Cup) formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir.

"QELEBE.AZ" BBC-yə istinadən xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra İngiltərədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb.

Assosiasiya III və IV turların oyunlarında heç-heçə qeydə alınacağı təqdirdə, cavab matçlarını ləğv etmək niyyətindədir.

Yarımfinalda da cütün taleyinin bir matçla həll olunacağı gözlənilir.

Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündə tətbiq edilə bilər. Çünki yayım hüquqları ilə bağlı artıq bir çox müqavilələr bağlanılıb.

Geri qayıt