Qelebə.az / Faiq Qarayev: “Federasiya ölkə çempionatlarını gücləndirmək istəyir”

Faiq Qarayev: “Federasiya ölkə çempionatlarını gücləndirmək istəyir”

23-10-2023, 16:40

"Federasiya gələn il klubları və ölkə çempionatlarını daha da gücləndirmək istəyir".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev ölkə çempionatlarının püşkatma mərasimində deyib.

O, Azərbaycan millisinin də gələcəkdə daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.

Qarayev çempionatlarda yeni komandaların iştirakının sevindirici hal olduğunu vurğulayıb.

Geri qayıt