Rumıniyanın “Braşov” klubunun 53 yaşlı oynayan məşqçisi Yonel Parvu III liqa oyununda qol vurub.
“Report” xəbər verir ki, o, “Viitorul Oneşti” ilə görüşdə fərqlənib.
Start heyətində meydana çıxan Parvu 2-ci dəqiqədə 30 metrdən gözəl zərbə ilə hesabı açıb. O, qolu möhtəşəm salto ilə qeyd edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb və “Braşov” mövsümdə ilk xalını qazanıb. Adı çəkilən komanda hazırda 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
Qeyd edək ki, Yonel Parvu 1992-1996-cı illərdə “Styaua”nın heyətində 4 dəfə Rumıniya çempionu olub. 2006-cı ildə peşəkar futbolçu karyerasını başa vuran Parvu bu ildən “Braşov”da oynayan məşqçidir.