Qelebə.az / Bu gün aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı başlayacaq

Bu gün aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı başlayacaq

1-11-2023, 11:31

Bu gün aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start veriləcək.

“QELEBE.AZ”un məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yarış saat 12:00-da başlayacaq.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında iki gün davam edəcək çempionatın qalibləri noyabrın 2-də mükafatlandırılacaqlar.

Geri qayıt