Qelebə.az / Azərbaycan millisinin baş məşqçisi: "Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin baş məşqçisi: "Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik"

1-11-2023, 12:16

"Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik".

Bunu "QELEBE.AZ"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 final oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis Portuqaliyanın güclü komanda olduğunu bildirib: "Onları təhlil etmişik. Əvvəlki oyunlarına da baxmışıq, sürətli hücumları var".

Baş məşqçi qrup mərhələsindən sonra fasiləsiz növbəti matça çıxmalarına da toxunub: "Bütün komandalar üçün şərtlər eynidir".

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Milli qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Geri qayıt