Qelebə.az / Çelenc Kuboku: “Azərreyl” bu gün İspaniya komandası ilə qarşılaşacaq

Çelenc Kuboku: “Azərreyl” bu gün İspaniya komandası ilə qarşılaşacaq

9-11-2023, 10:21

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxacaq.

“QELEBE.AZ”un məlumatına görə, təmsilçimiz İspaniya klubu “Avarka de Menorka” ilə qarşılaşacaq.

Əvvəlki raundda Ukrayna “Balta”sını üstələyən “Azərreyl” ispanlarla ilk matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək.

Çelenc Kuboku
1/16 final, ilk oyun
9 noyabr

19:00. “Azərreyl” (Azərbaycan) - “Avarka de Menorka” (İspaniya)
Bakı. Voleybol Mərkəzi

Geri qayıt