Qelebə.az / Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində iştirak edəcək

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində iştirak edəcək

13-11-2023, 11:36

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcək.

“QELEBE.AZ” xəbər verir ki, gənc atlet 109 kq çəki dərəcəsində mübarizə aparacaq.

Noyabrın 15-23-ü aralığında təşkil olunacaq mötəbər yarışda 70-ə yaxın ölkədən 310 (171 kişi, 139 qadın) atlet iştirak edəcək.

Geri qayıt