Qelebə.az / Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə yollanıblar

Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə yollanıblar

14-11-2023, 12:07

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

“QELEBE.AZ” xəbər verir ki, milli üzvləri artıq yarışın baş tutacağı məkana yollanıblar.

Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.

Geri qayıt