Qelebə.az / “Azərreyl”in baş məşqçisi İspaniya klubu ilə oyundakı məğlubiyyətin səbəbini açıqlayıb

“Azərreyl”in baş məşqçisi İspaniya klubu ilə oyundakı məğlubiyyətin səbəbini açıqlayıb

16-11-2023, 13:12

"Dünənki qarşılaşmada məğlubiyyətin əsas səbəbi oyun qura bilməməyimizdir".

Bunu "Report"a açıqlamasında “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşmə İspaniyada “Avarka de Menorka”ya 0:3 hesabı ilə uduzduqları Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis Bakıda doğma meydan amilindən yararlandıqları üçün qalib gəldiklərini söyləyib: "Həmin vaxt xal toplayan oyunçularımız daha çox idi. Bu dəfə isə oyun qurmaqla bağlı çatışmazlıq oldu. Məncə, 23:25 hesabı ilə uduzduğumuz ikinci setin sonunda kritik hakim səhvi də var idi".

Qeyd edək ki, Bakıda rəqibini 3:1 hesabı ilə üstələyən “Azərreyl” avrokuboklarda mübarizəni dayandırmalı olub.

Geri qayıt