Qelebə.az / Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak edib

Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak edib

20-11-2023, 17:38

Azərbaycanın cüdo hakimi Arzu Acalova Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların Avropa çempionatında iştirak edib.

“Report” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü qitə birinciliyində 2 medal görüşünü idarə edib.

Belə ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim fərdi yarışlarda oğlanlar arasında +100 kq-da və qızlar arasında 57 kq-da bürünc medal uğrunda mübarizədə ədaləti qoruyub.

Geri qayıt