Qelebə.az / “Real”ın prezidenti Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib

“Real”ın prezidenti Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib

21-11-2023, 17:48

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib.

“QELEBE.AZ” xəbər verir ki, futbol funksioneri İngiltərə klublarının turnirə qatılıb-qatılmamasından asılı olmayaraq, layihəni həyata keçirəcək.

Peres bunun üçün UEFA ilə Superliqa arasındakı məhkəmənin nəticəsini gözləyir. Avropa İttifaqının Ədalət Məhkəməsi dekabrın 21-də məsələ ilə bağlı son qərarını açıqlayacaq.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real”, “Barselona” və İtaliyanın “Yuventus” klublarının Avropa Superliqasını yaratmaq cəhdləri uğursuz alınıb.

Geri qayıt