Qelebə.az / Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub

23-11-2023, 10:10

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub.

“Report” xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.

Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atlet çıxış edib.

Geri qayıt