Qelebə.az / Ukraynalı hakim son 25 ildə ilk dəfə Çempionlar Liqasının qrup oyununa təyinat alıb

Ukraynalı hakim son 25 ildə ilk dəfə Çempionlar Liqasının qrup oyununa təyinat alıb

27-11-2023, 16:50

Son 25 ildə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.

"QELEBE.AZ" "Football.ua" nəşrinə istinadən xəbər verir ki, Nikolay Balakin 1998-ci ildən sonra bu təyinatı alan ilk referidir.

O, noyabrın 29-da keçiriləcək qrup mərhələsinin V turunun "Real Sosyedad" (İspaniya) - “Zaltsburq” (Avstriya) matçında iş başında olacaq. Balakinə Aleksandr Berkut və Dmitri Zaporojenko kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yaroslav Kazik yerinə yetirəcək.

Qeyd edək ki. son olaraq 1998-ci ildə ukraynalı beynəlxalq hakim Vasil Melniçuk "Atletik" (İspaniya) - "Rusenborq" (Norveç) görüşünü idarə edib

Geri qayıt