Qelebə.az / 17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib

17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib

28-11-2023, 18:25

İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, Almaniya və Fransanın U-17 milliləri həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

Bundestim yarımfinalda Argentinaya (3:3, penaltilər seriyasında 4:3), Fransa isə Maliyə (2:1) qalib gəlib.

Qeyd edək ki, final qarşılaşması dekabrın 2-də baş tutacaq.

Geri qayıt